Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 1703

Gürcüstanda son sutka ərzində 780 nəfər koronavirusa yoluxub, 17 pasiyent dünyasını dəyişib.

"Qafqazinfo" gürcü mediasına istinadən xəbər verir ki, pandemiyanın başlanğıcından ölkədə 247 805 yoluxma, 2933 ölüm halı qeydə alınıb. Son sutkada 1608 pasiyent sağalaraq evə buraxılıb.

Sağalanların ümumi sayı 232 993 nəfər təşkil edir.