Gürcüstanda koronavirusla bağlı bu qadağalar ləğv edilir

Gürcüstanda koronavirusla bağlı bu qadağalar ləğv edilir
Oxunma sayı: 2112

Gürcüstanda karantin rejimi ilə bağlı tətbiq olunan bəzi qadağalar yumşaldılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, pandemiya şəraitində teatr və kinoteatrlarda əvvəllər müəyyən edilmiş tamaşaçı sayı limiti 30 faizdən 50 faizədək artırılır.

Dekabrın 1-dən tamaşaçılar teatr və kinoteatrlara COVID-19 pasportu əsasında buraxılacaqlar.

Bundan başqa, Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.

Restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir.