Gürcüstan baş prokurorunun diplomu saxta çıxdı - İstefası tələb olunur

Gürcüstan baş prokurorunun diplomu saxta çıxdı
Oxunma sayı: 1389

Gürcüstan baş prokuroru və Ali məhkəmənin hakimi postuna namizədliyini verən Şalva Tadumadzenin diplomunun saxta olduğu bildirilir.

“Qafqazinfo”nun “Qruziya onlayn” portalına istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə “Gürcüstanın beynəlxalq şəffavlığı” adlı Qeyri-Hökumət Təşkilatı çıxış edib. İddiaya görə, sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.

Tərcümeyi-halına görə Tadumadze Dumbadze adına Tbilisi Humanitar Universitetində hüquqşünas ixtisasına yiyələnib.

Bundan əlavə, qeyd olunur ki, baş prokuror orta məktəbi 1994-cü ilin mayında bitirib. Buna görə də onun 1993-cü ildə ali təhsil müəssisəsinə necə daxil olduğu sual doğurur.

“Transparency International” qeyd edir ki, ictimai idarələr bir neçə ay ərzində Tadumadzenin ali təhsili barədə məlumat verməyiblər.

Baş vermiş qalmaqal fonunda Tadumadzenin istefası tələb olunur.

Qeyd edək ki, Şalva Tadumadze  2011-2012-ci illərdə Bidzina İvanişvilinin şəxsi vəkili olub və “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra hökumətin parlament katibi və hökumət administrasiyasının rəhbəri vəzifəsini tutub.

2018-ci ildə baş prokuror təyin olunub və hazırda Ali Məhkəmədə daimi hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi