Günəşli evimiz - Rusiyalılar niyə Bakıda daşınmaz əmlaka maraq göstərir?

Günəşli evimiz
Oxunma sayı: 3073

Sərhədlərin bağlı olması, sanksiyalar, Avropa və Amerikaya uçuşlardakı çətinliklər həmvətənlərimizi MDB məkanında qonşularına yenidən nəzər salmağa məcbur etmişdir. OneTwoTrip xidmətinin məlumatına görə, iyulda rusiyalılar üçün ən populyar xarici istiqamətlər sırasında məlum cəlbediciyi səbəbindən Türkiyə və BƏƏ ilə yanaşı MDB ölkələri olub ki, bunların arasında Azərbaycanın da populyarlığı artmaqdadır. Axının artması həm də bu Cənubi Qafqaz ölkəsinə biznes marağının artması ilə izah olunur.

Ofis tipli daşınmaz əmlak bazarının vəziyyəti dolayısı ilə Rusiya investorlarının Azərbaycanda artan fəallığına dəlalət edir. CORE.XP şirkətinin məlumatına görə, hazırda Bakıda yarısı A sinfin aid olmaqla 650,000 kv. m yüksək keyfiyyətli ofis sahəsi mövcuddur. “Hazırda biz vakansiya nisbətini təxminən 5% qiymətləndiririk, bu, kifayət qədər aşağı rəqəmdir”, - CORE.XP şirkətinin ofis tipli daşınmaz əmlak şöbəsini mülkiyyətçılərə xidmətlər departamentinin rəhbəri, direktor Kirill Babiçenko qeyd edir. Kiçik bizneslər, sahibkarlar və məsafədən qoşulan ofis işçiləri kovorkinqdə yer icarəyə götürməyi düşünürlər. “Bakıda yerli və beynəlxalq operatorlar üçün çox maraqlı məkanlar var. Bu yaxınlarda Rusiyadan kifayət qədər çoxlu startaplar bazara daxil olmaqdadır və qeyd etdiyim məkanlar onlar üçün mükəmməldir”, - deyə ekspert əlavə edir.

Azərbaycanın biznes və turist cəlbediciliyi nəticəsində ilkin mənzil bazarı fəal şəkildə inkişaf edir. BuyBuyHouse şirkətinin aparıcı eksperti Marina Laşkeviçin sözlərinə görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda daşınmaz əmlak bazarında əməliyyatların sayı 8% artıb. Rusiya alıcıları Bakının yeni tikililər bazarının ayrıca hədəf auditoriyasına çevrilirlər. "İnvestorlar nisbətən ucuz giriş həddi və potensial tələbat artımı ilə perspektivli bazarlar axtarırlar", - BEST-Novostroy Direktorlar Şurasının sədri, Dombook şirkətinin idarəedici tərəfdaşı İrina Dobroxotova izah edir. "Yaşayış sahəsinin qısa və orta müddətdə onu almaq istəyən bir çox insanı cəlb edəcək bəzi üstünlükləri və ya xüsusiyyətləri olmalıdır."

Pandemiya daxili turizmin inkişafına bənzərsiz təkan verdi: Bakıda son bir ildə mənzil qiymətləri orta hesabla 20% bahalaşıb. Bundan əlavə, hazırda oradakı mənzil bazarında şəffaflaşma mərhələsi gedir, ona görə də qiymətlərin qalxması qaçılmazdır. İndi samballı bir ərazidə bir kvadrat metr 50.000-60.000, lüks obyektdə isə - 200.000-350.000 rubl təşkil edir (köhnə Moskva rahatlıq sinifindən bir qədər yuksəkdir).

Əslində, hazırda Bakı bazarının təklif etdiyi layihələrin özü rusiyalı alıcıları həm investisiya baxımından, həm də özləri və ailələri üçün mənzil kimi cəlb edir. Baku City Residence yaşayış kompleksinin eksperti hesab edir ki, “Premium səviyyəli yaşayış komplekslərində daşınmaz əmlakın alınması keyfiyyətli investisiya kimi qiymətləndirilə bilər”. - Əsas səbəblərdən biri isə Azərbaycanın və Bakının kurort məkanı kimi sürətli inkişafıdır: yayda dəniz çimərlikləri, qışda xizək kurortları, rahat turizm infrastrukturu. Rusiyanın əksər şəhərlərindən qısa uçuş məsafəsi həm də Azərbaycanın paytaxtını seçməyi asanlaşdırır”.

Ələlxüsus Azərbaycan paytaxtının mərkəzinin şərq hissəsində genişmiqyaslı şəhərsalma layihəsi olan Bakı Ağ Şəhərdə yeni yaşayış kompleksləri maraq doğurur Ərazinin sıfırdan kompleks inkişafı tikinti şirkətləri üçün böyük imkanlar açır. Ən parlaq nümunələrdən biri Bakı Dənizkənarı Bulvardan cəmi 7 dəqiqəlik piyada məsafədə, 3 hektar ərazidə yerləşən Baku City Residence Xətai yaşayış kompleksidir.

Bu ərazidəki müasir yüksək səviyyəli mənzillər şəhərə açılan pnorama mənzərə və pəncərəni açdığınız zaman Xəzərdən gələn mehi hiss etmək imkanı yaratması səbəbindən çox nadir üstünlüyə malikdirlər. 65 kv.m-dən başlayaraq 200 kv. m-dək müxtəlif zövqlü insanlar üçün yüksək səviyyəli mənzillər, elektrik maşınları üçün bir neçə enerji doldurma məntəqəsi olan üç mərtəbəli yeraltı dayanacaq, 24 saat mühafizə, sakinlər üçün xüsusi mobil proqram və müasir mühəndis kommunikasiyaları (yeri gəlmişkən, Avropa istehsalı olan KONE brendinin liftləri), düşünülmüş landşaft dizaynı və rahat ailə həyatı üçün lazım olan hər şeyi təmin edən infrastruktur. Məsələn, vahid abunə kartı sakinlərə layihənin bütün yaşayış komplekslərinin ərazisində və şəhərin müxtəlif yerlərində yerləşən müxtəlif idman mərkəzlərinə giriş əladə etməyə imkan verir. Uşaq bağçasında həmçinin Montessori sinfi də fəaliyyət göstəriri. Həyətin idman infrastrukturuna isə futbol meydançaları da daxildir.

Baku City Residence Xətai yaşayış kompleksində mənzillərinin qiyməti 1 kvadrat metr üçün 75 000 rubldan (1900 AZN-dən) başlayır. Rusiyadan olan alıcılar mənzilin pulunu hissə-hissə ödəyə bilərlər.

Baku City Residence Yaşayış kompleksinin ekspertləri qeyd edirlər ki,Baku City Residence bina komplekslərinə daxil olan daşınmaz əmlaka tələbat gözləntiləri üstələmişdir – rəqəmsal kommunikasiya kanalları hesab olunan sosial media, internet saytı, messencerlər vasitəsilə müraciətlərin sayı dəfələrlə artmışdır.” - Bakı satış ofislərinə müraciətlərin də kəskin artması qeydə alınır. Bu gün tələb strukturunda aparıcı mövqelərdə inamla rusiyayılar yer alıb”.

Bu ilin yayında yalnız “Baku City Residence Xətai” yaşayış kompleksinə rusiyadan olan alıcılardan daxil olan müraciətlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artmışdır. Kompleksin idarəetmə şirkəti payıza qədər bu müraciətlərin yarıdan çoxuna dair müqavilələrin imzalanacığını gözləyir.