Gülşən üzr istədi - Foto

Gülşən üzr istədi
Oxunma sayı: 6050

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Müğənni bu əməlinə görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Gülşən bu haqda sosial şəbəkədə paylaşım edib.

Gülşən, “Sözlərimdən narahat olan və inciyən hər kəsdən üzr istəyirəm” deyə qeyd edib.

Qeyd edək ki, müğənninin aprel ayında verdiyi konsertdə İmam Hatip məzunu olan bir şəxsə müraciət etdiyi “Əvvəllər İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri böyük səs-küy yaradıb. Sosial mediada qısa müddətdə “Gülşən həbs olunsun” etiketi gündəm olub.