Göygöl rayonunda bir nəfər batdı - Yenilənib

Göygöl rayonunda bir nəfər batdı
Oxunma sayı: 1235

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə 1 nəfər batıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.