Göyçayda evi yanan qadın ürəktutmasından öldü

Göyçayda evi yanan qadın ürəktutmasından öldü
Oxunma sayı: 1298

Göyçayda yaşayış evi yanıb.

"Qafqazinfo" nun xəbərinə görə, hadisə rayonun Ləkçıplaq kəndinədə baş verib. Kənd sakini Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr sahəsi olan birnərtəbəli ev əşyaları ilə birgə  yanaraq yararsız hala düşüb. Əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı həyəcanlanan ev sahibi 79 yaşlı M.Qarayeva ürəktutmasından ölüb. 

Yanğının baş vermə səbəbləri araşdırılır. 

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi