Goranboyda sel həyatı iflic etdi, maşınları apardı - Video

Goranboyda sel həyatı iflic etdi, maşınları apardı
Oxunma sayı: 5545

Goranboyda yağış və sel ciddi fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ağcakənd qəsəbəsində sel suları səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Belə ki, güclü sel bir neçə avtomobili aparıb. Eləcə də, su evlərə dolub.