Goranboyda qəzada yaralananların - Adları+Yenilənib

Goranboyda qəzada yaralananların
Oxunma sayı: 1124

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

***

Goranboy rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. Onlar 2001-ci il təvəllüdlü Rahim Məmmədli, 1998-ci il təvəllüdlü Məqsəd Orucov və 1998-ci il təvəllüdlü Nurlan Kərimovdur. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Elmar Əli