Gəncə şəhərində dəm qazı iki nəfərin zəhərlənməsinə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakinləri olan ata və qızı – 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun azyaşlı qızı – 2018-ci il təvəllüdlü Atamova Fatimə evdə zəhərlənib.
Ata boğularaq ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilib.
Murad Əhməd