Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi - Fotolar

Gənc əsgərlərin andiçmə mərasimləri keçirildi
Oxunma sayı: 3266

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.