Futbol millimiz İslamiadada bürünc medal qazandı

Futbol millimiz İslamiadada bürünc medal qazandı
Oxunma sayı: 1189

Futbol üzrə Azərbaycan milli komandası İslam Oyunlarının bürünc medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, komandamız 3-cü yer uğrunda görüşdə Əlcəzair yığması ilə qarşılaşıb.

Əsas vaxtda qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə yığmamız daha dəqiq oynayaraq 4:3 hesablı qalibiyyətə sevinib.