Fuad Vəlixanov dünyasını dəyişdi

Fuad Vəlixanov dünyasını dəyişdi
Oxunma sayı: 6648

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, F.Vəlixanov 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib. 2000-ci ildən “Lider” televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.

2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. O, son olaraq “İctimai” TV-də çalışıb.

Nizam Rza