“FTB mənim 3 pasportumu oğurladı” - Trampdan yeni iddia

“FTB mənim 3 pasportumu oğurladı”
Oxunma sayı: 1191

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı yeni açıqlama verib. Tramp iddia edib ki, Federal Təhqiqat Bürosu (FTB) evində axtarış apararkən onun 3 pasportunu oğurlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp bu haqda tviter hesabında paylaşım edib.

“Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur. Üçüncü dünya ölkəsi”, - Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb.