Fransadan İrana səyahət xəbərdarlığı

Fransadan İrana səyahət xəbərdarlığı
Oxunma sayı: 1902

Fransa saxlanılma və həbs olunma riski ilə əlaqədar öz vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, “Hazırda İranda olan fransız və ikili vətəndaşlığı olan şəxslərə ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaq, zərurət yarandıqda hər cür görüşdən çəkinmələri və Tehrandakı Fransa səfirliyinə özlərini təqdim etmələri şiddətlə tövsiyə edilir”qeyd olunub.

Açıqlamada İrana turist kimi gedənlər də daxil olmaqla fransızların həbs, əsassız həbs və ədalətsiz mühakimə riski ilə üzləşdiyi bildirilib.

Fransanın Tehrandakı səfirliyinin İranda həbs edilən və ya saxlanılan vətəndaşlara konsulluq mühafizəsinin təmin edilməsində məhdudiyyət olduğu vurğulanaraq, Fransa-İran vətəndaşlarından söhbət gedəndə İranın ikili vətəndaşlığı tanımadığı üçün konsulluq ziyarətinə icazə vermədiyi bildirilib.