Fransada yanğına görə 1200 nəfər təxliyə edildi

Fransada yanğına görə 1200 nəfər təxliyə edildi
Oxunma sayı: 392

Fransanın cənubunda 700 hektar yaşıllığı məhv edən yanğın səbəbindən 1 200 nəfər təxliyə edilib.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Təxliyə prosesi bütün gecə davam edib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Alovun söndürülməsində 600 yanğınsöndürən iştirak edib.

Daha əvvəl Fransaya dördüncü yanğın dalğası gəlib. Anomal yüksək temperatur həftəsonunadək davam edəcək.