Fransada karantinə bu tarixdə son qoyula bilər

Fransada karantinə bu tarixdə son qoyula bilər
Oxunma sayı: 2417

Fransa hökuməti dekabrın 15-də ölkədə karantin rejiminə son qoya bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, koronavirusla bağlı vəziyyətin inkişafı və epidemioloji göstəricilərdən asılı olaraq karantin ləğv olunacaq. Gündəlik yoluxma halı 5 min nəfərdən az, reanimasiyadakı xəstələrin sayı 2-3 min aralığında olarsa, fransızlar normal həyata qayıda bilər. Bununla belə, saat 21:00-dan səhər saat 07:00-dək komendant saatı qüvvədə olacaq. Yalnız Milad bayramı və Yeni ildə komendant saatı da ləğv ediləcək.

Bundan başqa, karantinin ləğv olunmasına baxmayaraq, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə olacaq, parklar, barlar, restoranlar bağlı olacaq. Kinoteatrlar, teatr və muzeylər isə fəaliyyətini bərpa edəcək.