“Fransa və Türkiyə NATO-nun birliyinə və gücünə sadiqdir” - Makron

“Fransa və Türkiyə NATO-nun birliyinə və gücünə sadiqdir”
Oxunma sayı: 949

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibə səbəbindən ölkəsinin və Türkiyənin NATO-nun birliyinə və gücünə hər zamankindən daha çox sadiq olduqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Makron bu haqda tviter hesabında yazıb.

Fransa Prezidenti bəyan edib ki, iki ölkə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcək.