Fransa hökuməti müsəlmanların şirkətlərini bağlamaq üçün bəhanə axtarır

Fransa hökuməti müsəlmanların şirkətlərini bağlamaq üçün bəhanə axtarır
Oxunma sayı: 771

Fransa hökuməti auditorlara Əmək Məcəlləsinin maddələrinin pozulması bəhanəsi ilə müsəlman müəssisələrinin bağlanması üçün “əsas tapmağı” tapşırıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Mediapart” nəşri xəbər verir.

2020-ci ilin yanvarında yaradılmış Fransa DİN-nin separatizmə qarşı mübarizə üzrə bölmələri (CLIR) bu günə qədər ölkənin müxtəlif şəhərlərindəki şirkətlərdə 18 min yoxlama keçirib. Müsəlmanlara məxsus 400-dən çox şirkət artıq bağlanıb.

DİN CLIR-lə əlaqəli olan auditorlardan müsəlman şirkətlərinə “çox ciddi nəzarət etməyi” xahiş edib.

Əmək Nazirliyi də “dini radikalizm”lə mübarizə aparan CLIR bölmələri ilə sıx əməkdaşlıq haqqında qərar qəbul edib.

İdarələr auditorlardan Əmək Məcəlləsinin maddələrinin pozulması ilə bağlı hər hansı “hüquqi əsaslandırma” və ya “separatizm təzahürlərinə dair sübutlar” tapmağı tələb edirlər.

Daha öncə bildirilirdi ki, Fransa parlamenti əvvəlcə “İslam separatizmi ilə mübarizə”, daha sonra isə “Respublika dəyərlərinə hörməti möhkəmləndirən prinsiplər” adlandırılan qanun layihəsini müzakirə edir.