Finlandiya Rusiyanın yüzlərlə yük vaqonuna həbs qoydu

Finlandiya Rusiyanın yüzlərlə yük vaqonuna həbs qoydu
Oxunma sayı: 1402

Finlandiya hökuməti Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq Rusiya sahibkarlarının təxminən 856 vaqonuna həbs qoyub.

“Qafqazinfo” “Rzd-partner.ru”ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın dəmir yolu operatoru “VR Group”un şərhində qeyd olunub.

Qeyd edək ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra sonra Qərb Rusiya iqtisadiyyatını daha da təcrid edən genişmiqyaslı sanksiyalarla cavab verib.

Aİ-nin sanksiyalarına Rusiya ilə yük daşımalarına qadağa daxil deyil, lakin aprelin əvvəlində “VR Group” bu prosesin bir neçə ay çəkə biləcəyi barədə xəbərdarlıq edərək, yük daşımalarını dayandırmaq qərarına gəlib.

Finlandiya Məhkəmə İcraçıları Xidməti Aİ sanksiyaları əsasında Rusiya və Belarusun ən azı 82 milyon avro dəyərində olan bəzi aktivlərini, o cümlədən nəqliyyat vasitələrini dondurub.