Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verdi

Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verdi
Oxunma sayı: 900

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı təklifə səs verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 200 millət vəkilinin 188-i təklifin lehinə səs verib.

Bildirilir ki, səsvermənin keçirilməsinə səbəb “Sol qüvvələrin ittifaqı”nın deputatı Markus Mustayarvinin NATO-ya qoşulmaqdan imtina ilə bağlı cavab təklifi irəli sürməsi olub. Sözügedən təklif millət vəkillərinin əksəriyyəti tərəfindən rədd edilib.