Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
Oxunma sayı: 772

Filippin Hərbi Hava Qüvvələrinin UH-1H helikopteri qəzaya uğrayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bukidnon vilayətində Mindanao adasında baş verib. Hadisə nəticəsində ən az yeddi nəfər ölüb.

Bildirilib ki, helikopterin gəmisində iki pilot, iki ekipaj üzvü və üç sərnişin olub, onların hamısı həlak olub. Qəzanın səbəbləri açıqlanmayıb.