Fenomen müəllimin toyu da dərslərindən seçilmədi - Fotolar

Fenomen müəllimin toyu da dərslərindən seçilmədi
Oxunma sayı: 18932

Şagirdləri ilə birgə çəkdiyi videolarla sosial şəbəkələrdə fenomenə çevrilən Lənkəranın Jidi kənd məktəbinin müəllimi Leyla Qarazadənin toyu olub.

“Qafqazinfo” xəbər ki, müəllimin toyu da əyləncə baxımından dərslərindən geri qalmayıb. Belə ki, mərasimə müəllimin dərs dediyi şagirdləri də dəvət olunub, onlar sevimli pedaqoqlarını dövrəyə alaraq rəqs ediblər.

Xəbəri rus dilində oxuyun: Роскошная свадьба в Баку - Видео 

Xəbəri rus dilində oxuyun: Состоялась свадьба учительницы-феномена - Фото

L.Qarazadə ixtisasca tarix müəllimi olan Faiq adlı həmkarı ilə ailə qurub.

Qeyd edək ki, L. Qarazadə sosial şəbəkədə şagirdlərinə etdiyi jestləri, onlara "bu gün sən nə gözəlsən...” deyərək video çəkməsi ilə məşhurlaşmışdı. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də həmin müəllim və şagirdləri ilə görüşmüşdü.