“Fənərbaxça” Məsut Özili transfer etdi

“Fənərbaxça” Məsut Özili transfer etdi
Oxunma sayı: 2160

İstanbulun “Fənərbaxça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsut Özili transfer edib.

"Qafqazinfo" “ntvspor”a istinadən xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.

Həm “Fənərbaxça” klubunun, həm də Məsud Özilin sosial media hesablarında transferlə bağlı paylaşımlar edilib.

Xatırladaq ki, Məsut Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.