“Fənərbağça” azarkeşləri Gülşənə belə dəstək oldu - Video

fenerbagca-azarkesleri-gulsene-bele-destek-oldu
Oxunma sayı: 3817

Türkiyənin məşhur müğənnisi Gülşənin həbsindən sonra “Fənərbağça” azarkeşləri ifaçının mahnısı ilə ona dəstək olublar.

“Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, onlar müğənninin “Yurtta aşk, cihanda aşk” mahnısını ifa edərək həbs qərarına etiraz ediblər.

Xatırladaq ki, Gülşən Çolakoğlu İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Prokurorluqda verdiyi ifadədən sonra müğənni həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.