Əvvəl tənqid etdi, sonra təkrar döyüşə çağırdı

Əvvəl tənqid etdi, sonra təkrar döyüşə çağırdı
Oxunma sayı: 3330

“Mən döyüşməyə davam edirəm! Mən hələ də buradayam”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu irlandiyalı döyüşçü Konor Makqreqor rusiyalı həmkarı Həbib Nurməhəmmədova müraciətində deyib.

O, əvvəlcə H.Nurməhəmmədovu tənqid edib, sonra isə ikinci döyüş keçirməsi ilə bağlı müraciət edib:

“Atanızın planı heç vaxt başa çatmayacaq, çünki siz imtina edib qaçdınız. Təkrar etmək istəyirsinizsə, mən hələ də buradayam. Nə qədər istəyirsən qaç. Hamımız sonda itiririk. Ölüm hər kəsi aparır”.

Qeyd edək ki, Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və hər birində qalib gəlib. O, 2020-ci ilin payızı - son döyüşündə amerikalı idmançı Justin Gaethjeni məğlub edib.

Döyüşdən dərhal sonra o, peşəkar karyerasını başa vurduğunu elan edərək, anasına atası olmadan döyüşməyəcəyinə söz verib. 

2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib Nurməhəmmədov idmanda ilin adamı seçilib.