Evakuasiya xidmətinin Şəhid əməkdaşı Murad Məmmədov yad edildi - Video

Evakuasiya xidmətinin Şəhid əməkdaşı Murad Məmmədov yad edildi
Oxunma sayı: 952

25 sentyabr 2021-ci il tarixində 156 Evakuasiya xidmətinin əməkdaşları Şəhid Murad Məmmədovun doğum günündə ailəsini ziyarət ediblər. İkinci Qarabağ müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Murad Məmmədov 156 Evakuasiya xidmətinin Çağrı Mərkəzinin operatoru vəzifəsində çalışıb.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaşadığı Nizami rayonunda xatirə kompleksinin açılışı keçirildi. Açılışda şəhidin iş yoldaşları, rayon icra nümayəndəliyi, şəhid ailələri iştirak ediblər.

“Vətən müharibəsində “156” komandası var gücünü səfərbər edərək dövlətimizin, Ali Baş Komandanın yanında oldu. Müzəffər ordumuz bu mübarizədə qələbə qazanaraq, düşmən işğalında olan torpaqlarımızı azad etdi. Biz fəxr edirik ki, bütün əməkdaşlarımızla çiyin-çiyinə olaraq onlara dəstəyimizi göstərə bildik”, - press-relizdə qeyd edilir.

Muradın timsalında bütün Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq. Onlara Allahdan rəhmət diləyirik!