“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır”

“Etiraz aksiyalarına Putinə səs verənlərin sayından daha az adam çıxır”
Oxunma sayı: 1969

Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərin sayı qanunsuz etiraz aksiyalarına çıxanlardan xeyli çoxdur.

“Qafqazinfo” bildirir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.

“İndi çoxları deyəcək ki, qanunsuz aksiyalara çoxlu adam çıxıb. Xeyr, az adam çıxdı, çox adam Putinə səs verir”, - deyə Peskov qeyd edib. Prezidentin mətbuat katibi xatırladıb ki, vətəndaşların çoxu Konstitusiyaya edilən düzəlişlərə də səs verib.

“Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, amma qanunsuz aksiyalarda iştirak etməyin qəti əleyhinəyəm, çünki orada başqa qiymətləndirmə ola bilməz: bu, qanunun pozulmasıdır”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.