Etibar Mirzəyev jurnalistlərə təşəkkür etdi - Video

Etibar Mirzəyev jurnalistlərə təşəkkür etdi
Oxunma sayı: 528

“Bəzi jurnalistlər, operatorlar əllərinə ağac budaqları alıb yanğınları söndürüblər. Mən onları alqışlayıram”.

“Qafqazinfo” xəbər verir ki, bunu  fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, tutduğu mövqedən asılı olmayaraq hər kəs bu vətənin əsgəridir: “Çünki bizim hər birimiz bu vətənin, bu millətin əsgərləriyik. Baxmayaraq ki, kiminsə vəzifəsi var, kiminsə rütbəsi var, kimsə adi vətəndaşdır. Bu vətən, millət qarşısında biz hamımız bərabərik”.

Həmin görüntüləri təqdim edirik: