Estoniya Parlamentinin sədri Azərbaycana gəlib - Yenilənib

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib
Oxunma sayı: 2231

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yuri Ratas feysbuk səhifəsində bildirib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.

***

Mayın 22-də Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.