Ermənistanın keçmiş Baş prokuroru zaminə buraxıldı

Ermənistanın keçmiş Baş prokuroru zaminə buraxıldı
Oxunma sayı: 592

Ermənistanın keçmiş Baş prokuroru Aqvan Ovsepyan həbsdən azad edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun vəkili Erik Aleksanyan bildirib.

“Aqvan Ovsepyan azaddır, girov üçün tələb olunan məbləğ artıq ödənilib”,- vəkil bildirib.

Sabiq prokuror stasionar müalicəsini davam etdirəcək, o, əməliyyata hazırlandığı tibb müəssisəsində olacaq.

Bundan əvvəl məhkəmə Ovsepyanın müdafiə tərəfinin vəsatətini təmin edib və bir anda iki qabaqlayıcı tədbir - 100 milyon dram (200 min dollardan çox) girov və olduğu yeri tərk etməmək barədə yazılı öhdəlik tətbiq edib.

Qeyd edək ki, nəzarət qurumunun keçmiş rəhbəri 2021-ci ilin sentyabrında həbs edilib. Keçmiş Baş prokuror xüsusilə külli miqdarda (190 milyon dram və ya 385 min dollar) rüşvət alıb, həmçinin 800 milyon dram (1,6 milyon dollar) məbləğində əmlak oğurluğu edib. Ovsepyan həmçinin çirkli pulların yuyulmasında (təxminən 2,6 milyon dollar) ittiham olunub.