Ermənistanda silahlı dəstə komandiri həbs olundu

Ermənistanda silahlı dəstə komandiri həbs olundu
Oxunma sayı: 1130

Ermənistanda “Sisakan” adlı hərbi dəstənin komandiri Aşot Minasyan həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı onun vəkili Miran Poqosyan öz feysbuk hesabında məlumat verib. 

Vəkil hesab edir ki, Minasyanın həbsi ilə bağlı qərar Ermənistan hakimiyyətinin istəyinə uyğun olaraq verilib.

Qeyd edək ki, A. Minasyan 2020-ci il noyabrın 14-də Baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması faktı ilə bağlı başlanılan cinayət işi çərçivəsində saxlanılmışdı. O zaman istintaq bildirmişdi ki, Minasyanda çox sayda silah-sursat aşkar olunub. Həmçinin telefon danışıqları da paylaşılıb və qeyd olunur ki, bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.