Ermənistanda qadın yeni Baş prokuror seçildi

Ermənistanda qadın yeni Baş prokuror seçildi
Oxunma sayı: 2602

Anna Vardapetyan Ermənistanın yeni Baş prokuroru seçilib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, o, parlament səsverməsində qalib olub. 
Vardapetyan 70 səslə yekdilliklə seçilib. 

Hazırkı baş prokuror Artur Davtyanın səlahiyyətləri sentyabrda başa çatır. 

Vardapetyan parlamentdə and içdikdən sonra sentyabrın 15-də vəzifəsinin icrasına başlayacaq.