Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Ermənistanda hərbçilər qəzaya düşdü
Oxunma sayı: 1466

Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya düşüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü yaralanıb.

Qəza İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub.  

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan erməni hərbçilər Qarakilsədəki (Sisian) hərbi hospitala yerləşdiriliblər.

Hazırda polis sürücülərin, ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Ölən hərbçinin müqavilə əsasında xidmət keçən hərbçi olduğu bildirilir.