Ermənistanda dövlət bayraqları endirildi - Fotolar

Ermənistanda dövlət bayraqları endirildi
Oxunma sayı: 1644

Xəbər verdiyimiz kimi, “Surmalu” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən ölkənin dövlət müəssisələrində bayraqlar endirilib.

Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib.