Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni qalmaqal

Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni qalmaqal
Oxunma sayı: 2267

Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni qalmaqal gündəmə gəlib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Roman Baqdasaryan adlı bloger video paylaşaraq Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimin qalıqlarının generalları barədə bir neçə qalmaqallı fikir səsləndirib.

Blogerin sözlərinə görə, 44 günlük müharibə zamanı separatçı rejimin zabitləri və generalları qətllər törədib və onların verdikləri əmrlərin icrası nəticəsində yüzlərlə-minlərlə erməni əsgər ölüb. Baqdasaryan bildirib ki, təkcə Maqatis istiqamətində bu cür cinayətkar əmrlər nəticəsində 250 hərbçi öldürülüb. O vurğulayıb ki, onların ölümündə yüksək rütbəli hərbçilər günahkardır.

Rejimin qalıqlarının prokurorluğu blogerin videosunu araşdırmaq üçün Milli Təhlükəsizlik Xidmətinə göndərib.