Ermənistan parlamentində sərhədlə bağlı dinləmələr keçirilir

Ermənistan parlamentində sərhədlə bağlı dinləmələr keçirilir
Oxunma sayı: 725

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiya və delimitasiyasına dair dinləmələr keçirilir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinaadən xəbər verir ki, dinləmələr müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü ilə keçirilir. 

Dinləmələrdə parlamentdənkənar siyasi qüvvələrin və hərbi qüvvələrin nümayəndələri iştirak edir.

İlk olaraq çıxış edən “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan ölkəsinin Nazirlər Kabinetini fəaliyyətsizlikdə ittiham edib və bildirib ki, müxalifət indiki hökuməti devirməyənə qədər sakitləşməyəcək.