Ermənistan Müdafiə Nazirliyində daha bir istefa

Ermənistan Müdafiə Nazirliyində daha bir istefa
Oxunma sayı: 1647

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Qeyd olunur ki, Qambaryan 2018-ci ilin mayından sözügedən postda fəaliyyət göstərib.

Xatırladaq ki, daha öncə Ermənistan müdafiə naziri David Tonoyan və müavini Qabriel Balayan da vəzifələrindən istefa vermişdi.