Ermənistan-İran yolu təmir olunur - Video

Ermənistan-İran yolu təmir olunur
Oxunma sayı: 2788

İrəvan-Yerasx-Gorus-Mehri-İran sərhədi dövlətlərarası yolun bir neçə hissəsində inşaat işləri aparılır.

“Qafqazinfo” Ermənistanın “Yol departamenti” dövlət qeyri-hökumət təşkilatına istinadən xəbər verir ki, təqribən 17 km uzunluqda yolda asfalt çəkilməsi işi aparılır.

Yolda aparılan işlərin cari ilin sonuna qədər başa çatacağı gözlənilir.

Bildirilir ki, yolun təmiri Ermənistanın dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir.