Ermənipərəst müğənninin İrəvan konserti təxirə salındı

ermeniperest-mugenninin-irevan-konserti-texire-salindi
Oxunma sayı: 6655

Rusiyalı müğənni Lübov Uspenskayanın sentyabrın 28-də İrəvanda keçirilməsi gözlənilən konserti təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqramda bildirib.

“Ermənistan paytaxtında bütün əyləncəli tədbirlərin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bu orada olacaq bütün konsertlərə aiddir. Yeni tarix tezliklə açıqlanacaq, hələlik təyin olunmayıb”, - “Abzats” nəşri Uspenskayanın konsert direktorunun sözlərini sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin qərarı ilə amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda baş tutmalı olan konserti təxirə salınmışdı.

Qeyd edək ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir.