Ermənilər Laçını belə tərk edir - Video

Ermənilər Laçını belə tərk edir
Oxunma sayı: 11049

Ermənilər Laçın rayonunu tərk etməkdə davam edir.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Rayonun Zabux kəndini tərk edən ermənilər əşyalarını yığır, bəzilərini yandırır.  

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.