Xəbər verdiyimiz kimi, ermənilər işğal etdikləri Kəlbəcər rayonunu tərk edirlər.
“Qafqazinfo”nun məlumatına görə, Kəlbəcər noyabrın 25-də məxsus olduğu Azərbaycana təhvil verilməlidir.
Mülki əhalidən sonra rayonu tərk edən erməni silahlı birləşmələrinin hərbi maşınlarla Kəlbəcərdən çıxmasını əks etdirən videonu “RİA Novosti” yayıb.