Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu yanıq xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə avqustun 25-də baş verib.
“Avtomobilin arxa hissəsində quraşdırılmış məişət qaz balonunun yanması nəticəsində serjant A.M yanıq xəsarətləri alıb”, - məlumatda deyilir.
Əsgərin vəziyyəti ağır kimi qiymətləndirilir.