Ərdoğanla Boris Consonun türk dilində dialoqu - Video

Ərdoğanla Boris Consonun türk dilində dialoqu
Oxunma sayı: 5161

Xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb. Sammit çərçivəsində 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də alyansın digər əsas tərəfdaşları bir araya gələcək.

“Qafqazinfo”nun məlumatına görə, sammitin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbət edib.

Ərdoğanla Conson arasında türk dilində keçən dialoq kameralardan yayınmayıb. Belə ki, Boris Conson söhbət zamanı Türkiyə liderinə türk dilində “çox gözəl” deyib. Ərdoğan da, öz növbəsində cavabında “çox gözəl” deyə təkrarlayıb.