Ərdoğanın Türkmənistana rəsmi səfəri başladı - Yenilənib

Ərdoğanın Türkmənistana rəsmi səfəri başladı
Oxunma sayı: 2604

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki günlük səfər üçün sabah Türkmənistana gedəcək.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında iştirak edəcək.

Bundan başqa, səfər zamanı iki ölkə arasındakı münasibətlər bütün aspektlərdə müzakirə olunacaq və birgə sazişlər imzalanacaq.

Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan başqa görüş çərçivəsində digər liderlərlə də ikitərəfli danışıqlar aparacaq.

***

Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb. Türkiyə Prezidenti səhər saatlarında Atatürk hava limanından bu ölkəyə yola düşüb.