Ərdoğan yanğını söndürməyə gedən FHN işçiləri ilə görüşdü - Foto

Ərdoğan yanğını söndürməyə gedən FHN işçiləri ilə görüşdü
Oxunma sayı: 5935

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, təşəkkürünü bildirib.