Ərdoğan İsrailin Baş naziri ilə danışdı

Ərdoğan İsrailin Baş naziri ilə danışdı
Oxunma sayı: 836

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Danışıqlar zamanı Ərdoğan və Lapid ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
“Prezident Ərdoğan İsrail prezidenti İsaak Hersoq və baş nazir Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib”, - deyə məlumatda bildirilir.

Ərdoğan Türkiyə ilə İsrail arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və dialoqun inkişafına dəstəyini ifadə edib.

Həmçinin oxuyun: Türkiyə və İsrail yenidən diplomatik əlaqələri bərpa edir

Öz növbəsində İsrail Baş nazirinin mətbuat xidməti bildirib ki, Lapid və Ərdoğan diplomatik münasibətlərin bərpası qərarına görə bir-birlərini təbrik ediblər.

Tərəflər razılığa gəliblər ki, “son hadisələr münasibətlərin möhkəmlənməsində daha bir mühüm mərhələdir”.
“Bu, xüsusilə iqtisadiyyat və turizm sahəsində bir çox nailiyyətlərə gətirib çıxaracaq ki, bu da İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşları bərpa etməsində və sentyabrda İsraildə ikitərəfli iqtisadi komissiyanın iclasının keçirilməsində öz əksini tapacaq”, - deyə məlumatda bildirilir.