Ərdoğan Azərbaycanda helikopterin qəzaya düşməsindən danışdı

Ərdoğan Azərbaycanda helikopterin qəzaya düşməsindən danışdı
Oxunma sayı: 2140

“Azərbaycanda təəssüflər olsun ki, bir helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, daha 2-si yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarına verdiyi müsahibəsində deyib.

“İlham Əliyev qardaşıma da başsağlığı verdim. Allahdan şəhidlərimizə rəhmət diləyirəm”, - deyə Ərdoğan bildirib.