Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır
Oxunma sayı: 7013

Əməkdar artist Elizbar Osmanovu maşın vurub. 

"Qafqazinfo" qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.  

Xəstəxanadan verilən məlumata görə, Əməkdar artist cərrahi əməliyyata alınıb. 

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır. 

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirilir.  

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.