Əmək miqrantları üçün ən cəlbedici ölkə açıqlandı

Əmək miqrantları üçün ən cəlbedici ölkə açıqlandı
Oxunma sayı: 1942

Dünyada əmək miqrantlarının dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir. Respondentlər, həmçinin ABŞ, Avstraliya və Almaniyanı iş üçün cəlbedici hesab ediblər.

“Qafqazinfo” TASS-a istinadən bildirir ki, bu barədə BCG və “The Network”un birgə tədqiqatında deyilir.

“Kanada ABŞ-ı sıxışdıraraq əmək miqrantları üçün ən cəlbedici ölkə oldu”, - tədqiqatın nəticələrində deyilir. Tədqiqatçıların sözlərinə görə, onu respondentlərin 24%-i seçib.

Qeyd edilir ki, 2014 və 2018- ci illərdəki analoji tədqiqatlarda ölkələrin miqrantlar arasında populyarlığı reytinqində Kanada üçüncü, ABŞ isə birinci yeri tuturdu. 2020-ci ildə ABŞ analoji sorğuda ikinci yeri tutmuşdu, onu respondentlərin 20%-i seçmişdi. Avstraliya da eyni nəticəni göstərmişdi. Respondentlərin 19%-i işləmək üçün Almaniyaya, 14%-i isə Böyük Britaniya və ya Yaponiyaya köçmək istədiyini bildirmişdi.